İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Rakadan Birinci vitse-prezident xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

post-img

Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. İndoneziya bu mühüm milli bayram münasibətilə Azərbaycan xalqının sevincinə qoşulur və ölkənizin milli inkişafın, rifahın və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində əldə etdiyi davamlı nailiyyətləri yüksək qiymətləndirir.

Dəyişən qlobal geosiyasi dinamika dövründə Azərbaycan regionları birləşdirən körpü və regional bağların, enerji əməkdaşlığının, dialoqun təşviqində konstruktiv tərəfdaş kimi strateji əhəmiyyətini nümayiş etdirməkdə davam edir. İndoneziya Azərbaycanın regional və beynəlxalq səviyyədə sabitliyin və əməkdaşlığın təşviqində artan rolunu yüksək dəyərləndirir.

İndoneziya ilə Azərbaycan arasında qarşılıqlı hörmətə, ortaq maraqlara, sülhə və inkişafa sadiqliyə əsaslanan səmimi dostluq münasibləri var. Hesab edirəm ki, ticarət və investisiya, təhsil, mədəniyyət, turizm və xalqlarımız arasında birbaşa təmaslar, həmçinin regional və çoxtərəfli platformalarda əməkdaşlıq daxil olmaqla, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün mühüm potensial mövcuddur.

Zati-alinizə möhkəm cansağlığı və yeni uğurlar, Azərbaycan xalqına isə davamlı sülh, rifah və firavanlıq arzulayıram.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Gibran Rakabuminq Raka

İndoneziya Respublikasının vitse-prezidenti

Məktublar