Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Qurban bayramı və 28 May - Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə XQ-yə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.

Qurban bayramı ilə əlaqədar həm xarici ölkələrdən, həm də bölgələrdən, xüsusilə, Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə edildiyi üçün təchizat və təminat buna uyğun təşkil olunacaq.

Bakı şəhərində 140 təcili tibbi yardım briqadası, 63 region üzrə isə 280-ə yaxın təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman preparatları və s. ilə tam təmin edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Qurban bayramı və 28 May - Müstəqillik Günü ilə əlaqədar mayın 27-31-i qeyri-iş günü olacaq.

Sosial həyat