ABŞ-ı ziyarət edən turistlərin sayı azalıb

post-img

2025-ci ildə ABŞ-ı ziyarət edən turistlərin sayı əvvəlki illə müqayisədə 4 milyon nəfər azalıb. Bu, COVID-19 pandemiyasının başa çatmasından bəri ölkəyə gələn turist axınında qeydə alınan ilk azalmadır. "Independent" qəzetinin Milli Turizm və Səyahət İdarəsinin (NTTO) məlumatlarına istinadən yaydığı xəbərə görə, göstəricilərin aşağı düşməsi xarici turistlərin xərclərinin 8 milyard dollardan çox azalmasına səbəb olub.

NTTO-nun proqnozlarına əsasən, Birləşmiş Ştatlar 2025-ci ildə 77 milyon qonaq qəbul etməli idi ki, bu da 2024-cü ilin göstəricisindən 4,7 milyon nəfər çox demək idi. Lakin reallıq gözlənilənin əksi olub: gözlənilən artım əvəzinə turist axını 72 milyon nəfərdən 68 milyon nəfərə düşüb. ABŞ hələ də koronavirus epidemiyasından əvvəl ildə 79 milyon xarici qonaq təşkil edən pandemiyaöncesi səviyyəyə çatmayıb.

ABŞ-a gələn turist axınında ən böyük azalma Kanada payına düşüb - ötən il bu ölkədən 4,2 milyon nəfər daha az səyahətçi gəlib. Sonrakı yerlərdə Almaniya (224 mindən çox azalma), Hindistan (mənfi 129 min) və Fransa (mənfi 116 min) qərarlaşıb. Bununla belə, Meksikadan gələnlərin sayı 2024-cü illə müqayisədə 1 milyon nəfər artaraq ümumilikdə təxminən 18 milyon təşkil edib.

S.ELAY

XQ

Dünya