Milli Müdafiə Nazirliyinin sosial media paylaşımında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin sözləri sitat gətirilib: “Bir kərə yüksələn bayraq bir daha enməz!”
Milli Müdafiə Nazirliyi qeyd edib: “1918-ci il mayın 28-də Azərbaycanın üzərində yüksələn müstəqillik ruhu Türkiyə və Azərbaycan xalqlarının qəlbində yaşamağa davam edir”.
Nazirlik daha sonra vurğulayıb: “Qardaş ölkəmizin Müstəqillik Günündə nəcib türk millətinin ayrılmaz hissəsi olan Azərbaycan xalqını qürurla salamlayırıq. Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsini şəfqət və şükranla yad edir, qəhrəman qazilərə minnətdarlığımızı bildiririk”.

