Bu gün “Qarabağ Mədəniyyət Xəritəsi-Hər rayonun öz səsi” adlı festival keçirildi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutdu.
Festival çərçivəsində İçərişəhərin füsunkar atmosferində yerləşən Qoşa Qala Meydanı ərazisində geniş konsert proqramı, milli mətbəx nümunələri, ənənəvi sənətkarlıq sərgiləri və müxtəlif mədəni təqdimatlar keçirildi.
Cavid QAÇAYEV (foto)
XQ

