ABŞ-ın strateji neft ehtiyatları son 40 ilin ən aşağı səviyyəsinə düşüb. Bu barədə CNN məlumat yayıb. Ötən həftə bazara əlavə 8.9 milyon barrel neft çıxarıldıqdan sonra ehtiyatların həcmi 340.3 milyon barrelə enib. Bu göstərici 2023-cü ilin iyulunda qeydə alınan əvvəlki minimumdan da aşağıdır.
Telekanal bildirir ki, strateji ehtiyatlarda sonuncu dəfə bu qədər az neft 1983-cü ildə, Prezident Ronald Reyqan dövründə qeydə alınmışdı. Hazırda bu ehtiyatlar yanacaq qiymətlərini sabit saxlamaq və iqtisadi təzyiqi azaltmaq üçün vacib hesab olunur.
ABŞ Neft Rezervinin rəhbəri Mayk Sommers əvvəllər xəbərdarlıq etmişdi ki, rezervin normal işləməsi üçün onun ən azı 20% dolu qalması vacibdir. Hazırda isə ehtiyatlar yarıdan da az səviyyədədir.
S.ELAY
XQ

