SpaceX-in kapitallaşması IPO-dan iki gün sonra 2,5 trilyon dolları ötüb

post-img

İlon Maskın "SpaceX" (SPCX) şirkətinin ABŞ-nin "Nasdaq" birjasındakı səhmlərinin dəyəri, iyunun 12-də baş tutan IPO-dan (ictimai yerləşdirmə) bəri 23,7% (birja ticarəti gedişində) artaraq hər qiymətli kağız üçün 199,15 dollara çatıb. Bunu Bakı vaxtı ilə iyunun 16-sı saat 01:58-ə (Moskva vaxtı ilə 00:58) olan ticarət məlumatları sübut edir. Şirkətin bazar kapitallaşması ticarətin ikinci günündə 2,5 trilyon dolları ötüb.

Amerikalı milyarder İlon Maskın şirkətinin ilkin kütləvi yerləşdirməsi tarixin ən böyük IPO-su olub. "SpaceX" birjaya 1,75 trilyon dollar dəyərləndirmə ilə daxil olmuşdu və bir səhmin ilkin qiyməti 135 dollar təşkil edirdi.

Anderrayterlərin əlavə 83,3 milyon səhm almaq seçimindən (opsionundan) istifadə etməsindən sonra şirkət cəlb etdiyi vəsaitin həcmini 75 milyard dollardan 85,7 milyard dollara çatdırıb.

Ticarətin ilk günündə "SpaceX"in qiymətli kağızları 19% bahalaşaraq sessiyanı hər səhm üçün 160,95 dollar səviyyəsində başa vurmuşdu.

S.ELAY

XQ

İqtisadiyyat