ABŞ-də “B-52 Stratofortress” strateji bombardmançı təyyarəsinin qəzaya uğraması nəticəsində ekipajın səkkiz üzvünün həlak olduğu ehtimal edilir.
Bu barədə CNN telekanalı Edwards Air Force Base hərbi hava bazasına istinadla məlumat yayıb.
Qəzanın başvermə səbəbləri barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-52 Stratofortress” strateji bombardmançı təyyarəsi Kaliforniya ştatındakı Edvards Hərbi Hava Bazasından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, hadisə yerinə dərhal fövqəladə xidmət qüvvələri cəlb olunub. Hazırda qəzanın səbəbləri araşdırılır.

