Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Rusiya Prezidenti Vladimir Putin doqquzuncu çağırış Dövlət Dumasına seçkilərin 20 sentyabra təyin edilməsi haqqında fərman imzalayıb. Müvafiq sənəd rəsmi hüquqi informasiya portalında dərc edilib.
Məlumatı TASS yayıb.
“Rusiya Federasiyası Federal Məclisinin yeni Dövlət Duması deputatlarının seçkiləri sentyabrın 20-nə təyin edilsin. Bu fərman rəsmi dərc edildiyi gündən qüvvəyə minir”, - deyə fərmanda bildirilir.
Donbas və Novorossiya sakinləri ilk dəfə olaraq Duma seçkilərində iştirak edəcəklər. Dövlət Duması seçkilərindən əlavə, vahid səsvermə günündə müxtəlif səviyyələrdə 2200-dən çox seçki kampaniyasının keçirilməsi gözlənilir. Bu nəticələrə əsasən, təxminən 20.700 parlament mandatı və seçkili vəzifələrin tutulacağı gözlənilir. Bu kampaniyalara 11 bölgənin başçısı seçkiləri də daxildir ki, bunlardan səkkizi birbaşa seçkilər olacaq və daha üç bölgədə qanunvericilik məclisləri yüksək vəzifəli şəxsləri seçəcək.
P.ƏMİRCANOV
XQ

