Nazir müavini: Məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdən biridir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdən biridir.

XQ xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Qubada keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli deyib.

Onun sözlərinə görə, burada məqsəd yalnız əkin sahələrinin və heyvanların sayının artırılması deyil, mövcud torpaq, su, yem və digər istehsal resurslarından daha səmərəli istifadə etməklə hər hektardan və hər heyvandan daha çox və daha keyfiyyətli məhsul əldə etməkdir. Dövlət Proqramının əsas məqsədi aqrar sahədə dayanıqlı və rəqabətqabiliyyətli inkişafın təmin edilməsi, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılması, emal və saxlama infrastrukturunun genişləndirilməsi, innovasiya və rəqəmsallaşmanın inkişaf etdirilməsidir.

Sosial həyat