Ukrayna və İsveçrə prezidentlərinin görüşü

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Ukrayna Prezidenti Vladimir Zelenski Cenevrədə İsveçrə Prezidenti Guy Parmelin ilə görüşüb.

Məlumatı “Anadolu” verib. 

Ukrayna Prezidenti Aparatının məlumatına görə, dövlət başçısı həmkarını 15 iyun gecəsi Ukraynaya hücumun nəticələri barədə məlumatlandırıb. Prezidentlər sülhə nail olmaq üçün diplomatik səyləri və tərəfdaşlarla əlaqəli işləri müzakirə etdilər. Zelenski qeyd edib: “Ukraynanın cəbhə xəttindəki mövqeyi hazırda xeyli güclənib”.

Zelenski Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək ehtiyacından danışıb.

“Enerji sektorunda əməkdaşlığa xüsusi diqqət yetirilib. Ukrayna Prezidenti ötən qışda ölkənin enerji dayanıqlığının gücləndirilməsinə verdiyi töhfəyə görə İsveçrəyə təşəkkür edib. Dövlət başçısı qeyd edib ki, Ukrayna İsveçrənin Ukrayna Enerji Dəstək Fonduna verdiyi töhfələrə və qaz alışının maliyyələşdirilməsinə ümid edir", - deyə Ukrayna PA-nın məlumatında bildirilir.

Zelenski İsveçrə prezidentini Ukraynaya səfərə dəvət edib.

P.ƏMİRCANOV
XQ

Dünya