Bakıda Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestr yürüşləri keçiriləcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyunun 26-da Silahlı Qüvvələr Gününün qeyd olunması ilə əlaqədar olaraq paytaxtın müxtəlif ərazilərində hərbi orkestr kollektivlərinin iştirakı ilə yürüşlər təşkil ediləcək.

Yürüşlər səhər saat 10:00-dan 12:00-dək davam edəcək və hərbi qulluqçular bir neçə fərqli marşrut üzrə hərəkət edəcəklər.

Birinci marşrut Heydər Əliyev Sarayından başlayaraq Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti və Azadlıq meydanından keçərək Dəniz Vağzalında yekunlaşacaq.

İkinci istiqamət Şəhidlər Xiyabanından start götürərək “Alov Qüllələri” ərazisi, Çəmbərəkənd parkı, İçərişəhər istiqaməti, Qala qapısı, Kukla Teatrı və Azneft meydanı vasitəsilə Bəhram Gur heykəlinədək uzanacaq.

Üçüncü marşrut Q. Musabəyov parkından başlayacaq, Əbdürrəhim bəy Haqverdiyev küçəsi və Hüseyn Cavid prospektindən keçərək Şəhidlər Xiyabanında tamamlanacaq.

Dördüncü yürüş “Olimpik Star” İdman və Əyləncə Mərkəzindən başlayaraq Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı və digər mərkəzi küçələrdən keçəcək.

Beşinci marşrut isə Nəriman Nərimanov heykəlindən başlayaraq Mərkəzi Park, Milli Dram Teatrı, Qış Parkı, Heydər Əliyev Sarayı və şəhərin digər əsas nöqtələrini əhatə edəcək.

Sakinlərə və sürücülərə həmin saatlarda qeyd olunan ərazilərdə nəqliyyat sıxlığının yarana biləcəyi nəzərə alınaraq, hərəkətlərini öncədən planlaşdırmaq və alternativ marşrutlardan istifadə etmək tövsiyə olunur.

Sosial həyat