Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Aşura günü ilə bağlı Ağdam şəhərində yerləşən cümə məscidində qanvermə aksiyası təşkil olunub.
Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə keçirilən humanitar tədbirdə Ağdam sakinləri, doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər və bölgədə çalışan işçilər iştirak ediblər.
Aksiya çərçivəsində donorlar əvvəlcə tibbi yoxlamadan keçirilib, onların hemoglobin səviyyəsi və qan təzyiqi ölçülüb. Yoxlamalardan sonra 53 nəfər könüllü şəkildə qan verib.
Toplanan qan nümunələri Respublika Qan Bankının Bərdə bölməsinə göndərilərək laborator analizdən keçiriləcək və daha sonra hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsində istifadə olunacaq.

