Hikmət Hacıyev NATO rəsmisi ilə tərəfdaşlığın perspektivlərini nəzərdən keçirib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə NATO arasında mövcud əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və gələcək inkişaf imkanları ətrafında müzakirələr aparılıb. Tərəflər müxtəlif sahələrdə əldə olunan nəticələri dəyərləndirərək, qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi ediblər.

Söhbət zamanı Azərbaycan – NATO tərəfdaşlığının əsas istiqamətləri, regional məsələlər və ortaq maraq kəsb edən mövzular da diqqət mərkəzində olub. Görüşdə əməkdaşlığın gələcək mərhələlərinə dair məsələlər nəzərdən keçirilib.

Siyasət