Qazax Dövlət Dram Teatrında “Sonrakı peşmanlıq” adlı tamaşa nümayiş etdirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Qazax Dövlət Dram Teatrının hazırladığı “Sonrakı peşmanlıq” tamaşası nümayiş etdirilib.

XQ verir ki, səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və musiqi tərtibatçısı Vüsal Hüseynov, rejissor assistenti Ceyhun Vəlizadə, quruluşçu rəssamı Samir Həsənovdur.

Rolları Ceyhun Vəlizadə, Zəmanə Dərviş, Minayə İbrahimova, Nəsimi Aşbazov, Kamil Məmmədov, Əhməd Musayev, Həbibə Musayeva canlandırıblar.

“Sonrakı peşmanlıq” tamaşasında insan münasibətləri, verilən yanlış qərarların doğurduğu ağır nəticələr və zamanında qiymətləndirilməyən dəyərlərin sonradan yaratdığı peşmanlıq hissi ön plana çıxarılır. Səhnə əsəri tamaşaçını həyat seçimləri, məsuliyyət və mənəvi dəyərlər üzərində düşünməyə sövq edir.



















Mədəniyyət