Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bəhreyn İran tərəfindən raket və pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldığını bəyan edib.
XQ xəbər verir ki, Krallığın xarici işlər nazirliyi baş verən hadisə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edərək təcili iclasın çağırılmasını tələb edib. Bildirilib ki, məqsəd 2817 saylı qətnamənin icrasının təmin olunması və yaranmış vəziyyətin müzakirəsidir.

