Avropada istilər 1300-dən çox insanın ölümünə səbəb olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Avropada son bir həftə ərzində müşahidə olunan ekstremal isti hava şəraiti ilə əlaqədar 1 300-dən çox ölüm halı qeydə alınıb.

XQ xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus bildirib.

O bildirib ki, iyunun 21-dən etibarən Avropada yüksək temperaturla əlaqəli 1 300-dən çox vaxtından əvvəl ölüm hadisəsi qeydə alınıb.

Tedros Adanom Gebreyesus qeyd edib ki, temperatur stresi çox vaxt "səssiz qatil" adlandırılır, çünki onun fəsadları hər zaman dərhal nəzərə çarpmır.

ÜST rəhbəri vurğulayıb ki, Avropa dünyanın ən sürətlə istiləşən qitəsidir və burada istiləşmə tempi qlobal orta göstəricidən iki dəfə yüksəkdir.

Onun sözlərinə görə, Avropadakı yaşayış evləri, iş yerləri və məktəblər bu cür yüksək temperatur şəraitinə uyğun layihələndirilməyib.

Dünya