Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Oman Şura Məclisi sabah keçiriləcək iclasında Azərbaycanla gəlir vergilərinə dair saziş layihəsini nəzərdən keçirəcək.
Söhbət Oman Sultanlığı Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında gəlir vergilərinə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, vergidən yayınmanın və bu halların qarşısının alınmasına dair saziş layihəsindən gedir.
Məlumata görə, sənəd parlamentin gündəliyinə daxil edilib və iclas zamanı deputatlar tərəfindən müzakirə olunacaq. Bu barədə Oman İnformasiya Agentliyinə istinadən məlumat verilib.

