1,7 min hektara yaxın ərazi minalardan təmizlənib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azad olunan ərazilərdə iyunun 22-dən 28-dək 37 tank əleyhinə mina, 36 piyada əleyhinə mina, 329 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

XQ xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Bildirilir ki, 1696,11 hektar ərazi minalardan təmizlənib.

Məlumata görə, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

N.Adilqızı
XQ

Sosial həyat