Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 27-də və 28-də ümumi çəkisi 150,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
DİN Mətbuat Xidmətindən XQ-yə verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 135,2 kiloqramdan çox marixuana, 2,9 kiloqrama yaxın heroin, 5 kiloqrama yaxın tiryək və 7 kiloqramdan çox həşiş olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

