Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İyunun 29-dan iyulun 2-dək Türkiyənin İstanbul şəhərində Avropa Olimpiya Komitələri (AOK) və İstanbul 2027 Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir.
İstanbul şəhərində keçirilən seminarında ölkəmizi Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Anar Bağırov təmsil edir.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlimata görə, seminar çərçivəsində iştirakçı ölkələrin nümayəndələri üçün Oyunlara hazırlıq prosesi, yarış və qeyri-yarış obyektləri, idmançı kəndləri, akkreditasiya, logistika, nəqliyyat, təhlükəsizlik, tibbi xidmət, antidopinq proqramı, informasiya texnologiyaları və digər əməliyyat istiqamətləri ilə bağlı təqdimatlar keçiriləcək. Bununla yanaşı, iştirakçılar yarış obyektləri və idmançı kəndləri ilə tanış olacaqlar.
Qabil YUSİFOĞLU
XQ

