Aktotı Raimkulova: Türk dünyasının gələcəyi həm də ortaq mədəni dəyərlərə söykənir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bir əsr əvvəl olduğu kimi, bu gün də Türk dünyasının alimləri, siyasi xadimləri, tədqiqatçıları, ziyalıları və türk əməkdaşlıq təşkilatlarının nümayəndələri ortaq gələcəyimizi müzakirə etmək üçün bir araya gəliblər. Bu, yüz il əvvəl Bakıda yaranmış birlik və əməkdaşlıq ruhunun bu gün də yaşadığını göstərir.

XQ xəbər verir ki, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova iyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən plenar iclasda deyib.

O bildirib ki, qurultay yalnız dil və əlifba məsələləri ilə məhdudlaşmırdı. O, daha geniş mənada ortaq mədəni yaddaşın, tarixi irsin qorunmasına və türk xalqları arasında elmi-mədəni əməkdaşlığın inkişafına xidmət edən mühüm platforma idi.

"Bu gün isə həmin missiyanı Türk dövlətləri və türk əməkdaşlıq təşkilatları davam etdirir. Türk dünyasının gələcəyi yalnız iqtisadi və siyasi əlaqələrə deyil, həm də ortaq mədəni dəyərlərə əsaslanır. Buna görə humanitar əməkdaşlıq türk inteqrasiyasında mühüm yer tutur", - deyə o qeyd edib.

Siyasət