Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
333 nömrəli məktəbin 9c sinif şagirdi Günal Məcidsoy və şəhid kapitan Tural Zeynalovun adını daşıyan 54 nömrəli məktəbin 8a sinif şagirdi Talıblı Vüsalın əsərlərindən ibarət Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş "Uğurlu Gələcək" adlı fərdi yaradıcılıq sərgisi təşkil olunub.
Sərgidə fəxri qonaq olaraq Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, ADRA-nın müəllimi Zinaida Mirzəzadə, AEİZM Brendinin rəhbəri Aygün Kamilqızı iştirak ediblər.
333 saylı məktəbin direktoru Rəqsanə Haqverdiyeva və müəllim kollektivi qonaqları yüksək səviyyədə qarşılayıb sərginin gənclərin həyatında əhəmiyyətindən danışıblar.
Çıxışlarda qeyd olunub ki, bu sərgi sadəcə rəsm əsərlərinin nümayişi deyil, həm də gənc istedadların öz dünyalarını, duyğularını və düşüncələrini digər insanlarla bölüşməsi üçün bir meydandır.
Sonra, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova çıxışında 333 nömrəli məktəbin şagirdlərinin uğurlu addım atmaqlarında məktəbin direktor və müəllim kollektivinin komanda şəklində uğurlu fəaliyyətinin nəticəsi olduğunu və bugünkü sərginin də bunun bariz nümunəsi olduğunu bildirib. Günal Məscidsoyun və Vüsal Talıblının əsərlərində Ümumilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş silsilə portretləri, vətənpərvərlik ruhunda müxtəlif janrlarda əsərləri təqdirə layiq olduğunu vurğulayıb və sərgilərinin davamlı olmasını arzulayıb.
Sərgidə iştirak edən Günal Məcidsoyun valideynləri – atası, Qarabağ qazisi Kərəm Məcidov və anası Sevinc Məcidova, eləcə də Talıblı Vüsalın valideynləri – atası Adil Talıbov və anası Pərvin Talıbova övladlarının uğurlarına şahidlik edərək qürur hissi keçiriblər. Bu qürur təkcə onların deyil, bütün xalqımızın qürurudur. Çünki gənclərimizin sənətə olan marağı, yaradıcılıq bacarığı və milli dəyərlərə bağlılığı gələcəyimizin parlaq göstəricisidir.
Sonda gənc rəssamların şərəfinə tort kəsilib, çay süfrəsi təşkil olunub.
Hər iki gənc rəssama diplom təqdim olunub və
Xatirə fotoları çəkilib.
XQ





