Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanlı şahmatçı Zəhra Allahverdi İtaliyanın Montesilvano şəhərində keçirilən dünya çempionatında qazandığı uğurdan danışıb.
O bildirib ki, yarış yüksək rəqabət şəraitində keçib və rəqibləri arasında beynəlxalq titullu şahmatçılar da yer alıb.
"Turnir kifayət qədər gərgin və maraqlı mübarizə ilə yadda qaldı. Güclü rəqiblərlə qarşılaşdım, lakin inamlı çıxış edərək birinci yeri tutmağı bacardım. Bu nəticə məni çox sevindirir və qazandığım uğurla fəxr edirəm", – deyə Zəhra Allahverdi bildirib.
Qeyd edək ki, şahmatçı yarışın son turunda Türkiyəni təmsil edən Tuana Abakla heç-heçə edib. Zəhra Allahverdi yekunda 9 xal toplayaraq U-14 yaş qrupunda dünya çempionu adına layiq görülüb.

