Torpağın bərəkəti zəhmətdən keçir - Şəmkirdə təsərrüfatlara baxış

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Şəmkir kənd təsərrüfatı rayonu kimi hər mövsüm öz sözünü deyir. Rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev istilikxanalara və meyvə bağlarına baş çəkərək görülən işlərlə yerində tanış olmuş fermerlərlə söhbət etmiş, onları narahat edən məsələləri dinləmişdir.

İstilikxanalarda məhsul yetişdirilməsi prosesi davam edir. Müasir texnologiyalar hesabına ilboyu məhsul istehsal olunur, yüzlərlə insan işlə təmin edilir. Meyvə bağlarında isə növbəti məhsul mövsümünə hazırlıq işləri görülür, ağaclara qulluq göstərilir, suvarma və becərmə işləri davam etdirilir.

Fermerlər bildirdilər ki, dövlətin aqrar sahəyə göstərdiyi dəstək onların işini xeyli asanlaşdırıb. Güzəştli kreditlər, subsidiyalar və digər təşviq mexanizmləri yeni təsərrüfatların yaradılmasına, mövcud təsərrüfatların isə genişlənməsinə imkan verir. Bununla yanaşı, onları maraqlandıran bəzi məsələlər də yerində müzakirə olundu, aidiyyəti üzrə tapşırıqlar verildi.

Şəmkirdə kənd təsərrüfatı ildən-ilə inkişaf edir. Bunun nəticəsidir ki, 2026-cı ilin ilk altı ayında rayonda 98 min 82,4 ton pomidor, 1 min 184,5 ton meyvə istehsal olunaraq bazarlara çıxarılıb. Bu rəqəmlərin arxasında minlərlə insanın zəhməti, torpağa bağlılığı və alın təri dayanır.

Bu gün bir daha əmin olursan ki,torpağa sevgi ilə yanaşan insan heç vaxt əliboş qalmır. Görünən budur ki, Şəmkirdə kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən işlər bundan sonra da davam etdiriləcək, fermerlərin yanında olmaq isə əsas prioritetlərdən biri olaraq qalacaq.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri



























Sosial həyat