Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ-nin Oreqon ştatının sahillərində 5,5 maqnitudalı zəlzələ baş verib.
Yeraltı təkanların episentri Oreqon ştatının Bandon şəhərindən təxminən 218 kilometr qərbdə yerləşib. Məlumata görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar qeydə alınmayıb.

