Azərbaycan ictimaiyyəti süni kampaniyanı rədd etdi
Bəzi Qərb ölkələrində ermənipərəst təşkilatlar tərəfindən müharibə cinayətkarı Ruben Vardanyan da daxil olmaqla, Azərbaycanda məhkum edilmiş bir sıra müharibə cinayətkarlarının “qurban” kimi qələmə verilməsi ilə bağlı aparılan kampaniyalara qarşı Azərbaycanın ictimaiyyət nümayəndələri sərt mövqe nümayiş etdirib.
Azərbaycan QHT-lərinin, şəhid ailələrinin, itkin düşmüş şəxslərin yaxınlarının, mina terroru qurbanlarının, keçmiş məcburi köçkünlərin yaydıqları Açıq məktubda Ruben Vardanyanın və digərlərinin törətdikləri ağır cinayətlərə, separatizmi və terrorizmi maliyyələşdirməsinə görə məhkum edildikləri bildirilib.
Sənəddə vurğulanır ki, Azərbaycan vətəndaş cəmiyyəti uzun illərdir beynəlxalq strukturlara müraciətlər ünvanlayaraq müharibə cinayətləri qurbanlarının hüquqlarının müdafiəsini, tarixi ədalətin bərqərar olunmasını və beynəlxalq məsuliyyət prinsiplərinin qorunmasını tələb edir. Bu kontekstdə ABŞ Prezidenti Donald Trampa ünvanlanmış Açıq Məktub (https://en.apa.az/foreign-policy/azerbaijani-ngos-address-open-letter-to-us-president-donald-trump-487462), ABŞ Konqresində irəli sürülmüş birtərəfli təşəbbüslərlə bağlı kəskin etiraz müraciətləri (https://azertag.az/en/xeber/4264859), həmçinin Lemkin İnstitutu (https://report.az/en/foreign-politics/azerbaijani-ngos-call-on-us-based-lemkin-institute-to-apologize), Böyük Britaniya parlamentinin üzvləri (https://www.azernews.az/nation/254843.html) və digər beynəlxalq təsisatlara göndərilən bəyanatlar xatırladılır. Müraciət müəllifləri xüsusi olaraq bəyan edirlər ki, Azərbaycanın öz suveren ərazilərində törədilmiş ağır cinayətləri araşdırmaq, qanunun aliliyini təmin etmək və təqsirkar şəxsləri məhkəmə qarşısına çıxarmaq hüququ və öhdəliyi həm daxili qanunvericilikdən, həm də fundamental beynəlxalq hüquq normalarından irəli gəlir və bu suveren hüquqa kənar müdaxilə yolverilməzdir.
Sənəddə onilliklər ərzində itkin düşmüş şəxslərin ailələrinin beynəlxalq birliyə etdiyi çoxsaylı çağırışların cavabsız qaldığı, Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş 4 mindən çox azərbaycanlının taleyinin bu gün də naməlum saxlanıldığı və 3400-dən çox mina qurbanının humanitar faciəsinin qlobal kampaniyalarda qərəzli şəkildə diqqətdən kənarda saxlanıldığı faktlarla ifşa olunur. Xüsusilə itkin düşmüş oğlu ilə bağlı xəbər belə ala bilmədən, ömür boyu dərin daxili əzablar içində yaşayaraq ötən il vəfat edən Elmira Dadaşovanın acı taleyi beynəlxalq ictimaiyyətin nümayiş etdirdiyi ikili standartlardan və vurulmuş mənəvi zərər nümunələrindən biri kimi göstərilir.
Açıq məktubun tam mətni ilə bu linkdən tanış olmaq mümkündür.
https://azertag.az/en/xeber/an_open_letter_by_families_of_missing_persons_relatives_of_martyrs_mine_victims_and_former_internally_displaced_persons_of_azerbaijan-4290239
XQ

