Bakıda Azərbaycan Ssenaristlər Gildiyasının təqdimatı olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) kinozalında Azərbaycan Ssenaristlər Gildiyasının təqdimatı keçirilib.

Bu barədə XQ-yə AKİ-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə yaradılan qurumun əsas məqsədi, ölkədə fəaliyyət göstərən ssenaristləri bir araya gətirmək, peşəkar əməkdaşlığı gücləndirmək və ssenari sənətinin inkişafına töhfə verməkdir. Gildiyanın təsis toplantısında keçirilən səsvermənin nəticələrinə əsasən, ssenarist Nicat Dadaşov səs çoxluğu ilə qurumun sədri seçilib.

Təşkilatın sədri N.Dadaşovun sözlərinə görə, Azərbaycan Ssenaristlər Gildiyasının əsas missiyası təşkilatlanmaq və vahid bir sistem yaratmaqdır. O qeyd edir ki, gənc ssenaristlərin gildiyaya qoşulması onlara bir sıra imkanlar yaradacaq. Gənclər üçün planlaşdırılan ssenari laboratoriyaları və müsabiqələr də var. Eyni zamanda, rezidensiya proqramlarına qoşulmaq, ssenari ədəbiyyatına daha rahat çıxış əldə etmək imkanı olacaq.

Tədbirdə iştirak edən AKİ təmsilçiləri yeni yaranan təşkilata uğurlar arzulayıblar.





Mədəniyyət