Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
MDB Dövlət Başçıları Şurasının iclası oktyabrın 9-da Türkmənistanda keçiriləcək.
XQ xəbər verir ki, bu barədə MDB-nin rəhbəri Sergey Lebedev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, MDB ölkələrinin Birlik İcraiyyə Komitəsindəki səlahiyyətli nümayəndələrinin bu gün keçiriləcək iclasında "Xarici İşlər Nazirləri Şurasının 7 oktyabrda Türkmənistanın Avaza şəhərində və MDB Dövlət Başçıları Şurasının 9 oktyabrda Avaza şəhərində keçiriləcək iclasının" gündəliyindəki məsələlərə baxılacaq.
"Artıq görürəm ki, gündəmdəki təkliflər çox möhkəmdir. Biz hələ bu gündəliyi təsdiqləmirik; sadəcə təqdim olunan təklifləri nəzərdən keçiririk", - deyə o qeyd edib.

