Litvada NATO təlimləri davam edir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

“Rusiya heç vaxt güclü və hazırlıqlı hesab etdiyi dövlətə hücum etmir”. Bunu Litva Müdafiə Qərargahının rəisi, kontr-admiral Giedrius Premenekas bildirib. Məlumatı “Euronews” verib. 

Qeyd edək ki, NATO Litvada təlimlərə başlayıb və orada mümkün Moskva təcavüzünə hazırlaşırlar. Almaniya “Leopard” tankları hədəflərini atəşə tutur, hava dronların səsi və aşağı hündürlükdə uçan “Tiger” helikopterlərinin uğultusu ilə dolub. Vilnüsdən bir saatdan da az məsafədə yerləşən hərbi təlim poliqonunda təxminən 3000 əsgər Litvanı mümkün Rusiya hücumundan müdafiə etmək üçün məşq edir.

Altı həftə ərzində təxminən 2900 NATO əsgəri, o cümlədən təxminən 2300 Bundesver əsgəri “Azadlıq qalxanı I” təliminin bir hissəsi olaraq alyansın şərq cinahını müdafiə etmək üçün təlim keçib.

Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan sonra gələcəkdə Moskvanın NATO ərazisinə hücum ehtimalı Avropa üçün əsas narahatlığa çevrilib. Alyans liderləri və müttəfiq kəşfiyyatı dəfələrlə Moskvanın yaxın illərdə hərbi potensialını bərpa edə biləcəyi barədə xəbərdarlıq ediblər ki, bu da blokun şərq cinahında qüvvələrin artırılması zərurətini artırır.

P.ƏMİRCANOV
XQ

Dünya