Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Qazaxıstan və Gürcüstanın Baş nazirləri Oljas Bektenov və İrakli Kobaxidze ən yüksək səviyyədə əldə edilən razılaşmaların həyata keçirilməsini müzakirə etdilər.
Qazaxıstan hökuməti mətbuat xidmətinin məlumatına görə, Oljas Bektenov Qazaxıstana rəsmi səfərə gələn İrakli Kobaxidze ilə görüşüb.
Məlumata görə, ticarət, iqtisadi, investisiya, nəqliyyat, logistika, enerji əməkdaşlığı və rəqəmsallaşdırma sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında əvvəlki gün əldə edilmiş razılaşmaların həyata keçirilməsinə diqqət yetirilib.
“Rəsmi səfəriniz Qazaxıstan-Gürcüstan münasibətlərinin dinamik inkişafını əks etdirir, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və güclü tərəfdaşlığı vurğulayır. Dünən Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə məzmunlu danışıqlar apardınız. Qazaxıstan Gürcüstanı Cənubi Qafqazda və Qara dəniz bölgəsində etibarlı dost və mühüm strateji tərəfdaş kimi görür. Qazaxıstan hökuməti Gürcüstan hökuməti ilə dialoqu və praktik əməkdaşlığı daha da dərinləşdirməyə hazırdır”, - deyə Bektenov vurğulayıb.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze öz növbəsində Qazaxıstanın Gürcüstan üçün əsas tərəfdaş olduğunu qeyd edərək, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi potensialını qeyd edib.
P.ƏMİRCANOV
XQ

