Bakıda Olimpiya Günü

post-img

Bakıda Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə Olimpiya Gününə həsr olunmuş toplantıda MOK rəsmiləri, Azərbaycan idmanının tanınmış simaları və digər qonaqlar iştirak ediblər.

Mərasimdə 1952–1992-ci illərdə Olimpiya Oyunlarında medallar qazanmış Azərbaycan idmançıları haqqında geniş məlumat verilib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycanın ilk olimpiya çempionu, veteran cüdoçu Nazim Hüseynov görülən işlərdən danışıblar.

Çıxışlardan sonra kəndirdartma, qaçış üzrə yarışlar keçirilib. Sonda qaliblər medal və diplomlarla mükafatlandırılıblar.

Qabil YUSİFOĞLU
XQ

İdman