Azərbaycan–İsveçrə bank əməkdaşlığı

post-img

Azərbaycan Mərkəzi Bankının nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkənddə İsveçrə Mərkəzi Bankının sədri Martin Şlegel və bu ölkənin bank-maliyyə qurumlarının rəhbərləri ilə görüşüb.

Söhbət zamanı Azərbaycan və İsveçrə mərkəzi bankları arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyətindən məmnunluq ifadə olunub. Görüşdə qlobal və regional iqtisadi proseslər, ölkədə mövcud makroiqtisadi vəziyyət və maliyyə sektorunun inkişaf dinamikası ətrafında fikir mübadiləsi aparılıb.

XQ

İqtisadiyyat