İyulun 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlıq gündəliyi, yol təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq məsələləri, habelə bu istiqamətdə qlobal təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, təhlükəsiz, dayanıqlı və müasir nəqliyyat sisteminin inkişafı, eləcə də yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl islahatlar barədə məlumat verib. Nazir, həmçinin bütün ölkə ərazisində, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə yüksəksəviyyəli yol və infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.
Jan Azərbaycanın yol təhlükəsizliyi sahəsində həyata keçirdiyi tədbirləri və əldə olunan irəliləyişi yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
XQ

