Pistorius: Ukraynadakı müharibə potensial olaraq həlledici mərhələyə qədəm qoyub

post-img

Almaniyanın müdafiə naziri Boris Pistorius "Der Spiegel" nəşrinə verdiyi müsahibədə bəyan edib ki, Ukraynadakı müharibə potensial olaraq həlledici mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, müttəfiqlər bu impulsdan istifadə etməli və Ukraynanı silah istehsalı, eləcə də Rusiya hücumlarından müdafiə olunmaq üçün lazımi vasitələrlə təmin etməlidirlər.

Bu məqsədlə NATO-nun Ankara sammitində 40 milyard avro məbləğində fondun yaradılması planlaşdırılır. Pistorius qeyd edib ki, bu məbləğin təxminən 12 milyard avrosunu Almaniya təmin edəcək.

Almaniyalı nazir, həmçinin müharibə ehtimalına qarşı evində bir neçə günlük ərzaq ehtiyatı və böyük həcmdə içməli su saxladığını da bildirib.

XQ

Dünya