“Bakı - Xankəndi Azərbaycan Velosiped Yarışı böyük potensiala malikdir”

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) Azərbaycan Velosiped İdmanı Federasiyasına Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının nəticələri ilə bağlı yekun qiymətləndirmə hesabatı göndərib.

Hesabatda bu yarış “Gələcək üçün böyük potelsiana malik, yaxşı təşkil olunmuş tədbir” kimi qiymətləndirilib, ayrı-ayrı istiqamətlər üzrə qiymətlər isə aşağıdakı kimi göstərilib:

- Təhlükəsizlik

Yarış zamanı təhlükəsizlik yaxşı səviyyədə təşkil ediib, polis və tibb xidmətləri yaxşı iş nümayiş etdiriblər.

- Tamaşaçılar və marşrut

Böyük tamaşaçı marağı, uyğun məsafələr və yarış profili, əlverişli hava şəraiti və gözəl mənzərələr.

- Komandaların yerləşdirilməsi

Yüksək keyfiyyət və yaxşı təşkilatçılıq. Bütün iştirakçılar yerləşdirmə, qidalanma və təmin edilən şəraitdən razı qalıblar.

- TV yayımı

Qənaətbəxş fəaliyyət, peşəkar, təcrübəli və yaxşı təciz olunmuş heyət.

- Təşkilatçılıq

Məqbul təşkilatçılıq. Ümumilikdə bütün aspektlər üzrə təşkilatçılıq yaxşı səviyyədə olub, bununla yanaşı bəzi məqamların təkmilləşdirilməsi yaxşı olardı.

Xatırladaq ki, mayın 10-14-də Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın bütün qitələrini təmsil edən 20 ölkədən 24 komanda, o cümlədən 1  Dünya Turu, 4 Pro-Tur, 18 kontinental və 1 milli yığma komanda iştirak edib. Yarış iştirakçıları may ayının 10-da Bakıda “Sea Breeze Resort”dan start götürərək beş gün ərzində Bakı şəhərinin və daha 20 şəhər və rayonunun ən görməli yerlərindən keçməklə 850 kilometrdən çox məsafə qət edib və may ayının 14-də Xankəndi şəhərində yekun finiş xəttinə çatıblar. Yarışın bütün mərhələləri “Eurosport” və “CBC Sport” telekanalları vasitəsilə canlı olaraq yayımlanıb.

Qabil YUSİFOĞLU 
XQ 

İdman