Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyənin “Baykar” texnologiya şirkətinin sədri Səlçuk Bayraktarın sözlərinə görə, növbəti otuz il ərzində pilotsuz qırıcı təyyarələr hava qüvvələrinin əsasını təşkil edəcək və pilotlu təyyarələri tamamilə əvəz edəcək.
Məlumatı “Anadolu” verib.
O, hazırda dünyada 15.000 qırıcı təyyarənin olduğunu qeyd edib: “Bu, döyüş aviasiyasında böyük bir inqilab olacaq”.
Markos Perestrelo de Vaskonselosun rəhbərlik etdiyi NATO Parlament Assambleyasının nümayəndə heyəti və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti “Baykar”ın Özdemir Bayraktar Milli Texnologiya Mərkəzini ziyarət edib. Səfər zamanı qonaqlara mərkəzin fəaliyyəti və Türkiyənin milli texnologiyalar sahəsindəki tərəqqi barədə məlumat verilib.
P.ƏMİRCANOV
XQ

