“İqtisadi İslahatlar” elmi jurnalı Harvard Universitetinin HOLLIS elektron kataloqunda indeksləşdirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsis etdiyi “İqtisadi İslahatlar” elmi jurnalı Harvard Universitetinin kitabxana sisteminin HOLLIS (Harvard Library Online Information System) elektron kataloqunda indeksləşdirilib.

Jurnal ISSN 2790-2196 nömrəsi ilə HOLLIS sistemində qeydiyyata alınıb. Bununla da nəşr Harvard Universitetinin kitabxana kataloqu vasitəsilə beynəlxalq elmi ictimaiyyət üçün əlçatan olub. HOLLIS Harvard Universitetinin əsas elektron axtarış platformasıdır. Platforma kitabları, elmi jurnalları, məqalələri və digər akademik resursları vahid sistemdə birləşdirir.

Harvard Universitetinin kitabxana sistemi dünyanın ən böyük akademik kitabxana şəbəkələrindən biridir. “İqtisadi İslahatlar” elmi jurnalının HOLLIS elektron kataloqunda indeksləşdirilməsi nəşrin beynəlxalq kitabxana və informasiya sistemlərində təmsil olunmasına imkan yaradır.

Jurnalın HOLLIS kataloqundakı səhifəsinə aşağıdakı keçid vasitəsilə baxmaq mümkündür:

https://hollis.harvard.edu/discovery/search?query=any,contains,2790-2196&tab=Everything&search_scope=MyInst_and_CI&vid=01HVD_INST:HVD2&offset=0

 

İqtisadiyyat