Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Şirvanşahlar Sarayı kompleksində “Shahin Novrasli” (Baku Piano Festival) 5-ci beynəlxalq musiqi festivalı ərəfəsində mətbuat konfransı keçirilib. Burada təşkilatçılar festivalın təfərrüatlarını açıqlayıblar.
XQ xəbər verir ki, festivalın təsisçisi və direktoru, Əməkdar artist, tanınmış caz piano ifaçısı Şahin Növrəsli bu yubiley ilində tədbirin bütünlüklə İçərişəhərdə keçirildiyini vurğulayıb. Caz musiqiçisi festivalın bütün tərəfdaşlarına, sponsorlarına və mediaya təşəkkürünü bildirib.
Qeyd edək ki, bu il rebrendinq baş verib, “Bakı Piano” festivalının adı dəyişərək “Shahin Novrasli” adlandırılıb.
Festival iyulun 3-də Jozefina Beykerin iştirak edəcəyi konsertlə açılacaq və iyulun 12-də Braziliya musiqisi konserti ilə başa çatacaq.
On gün ərzində paytaxt sakinləri və qonaqları 10 ölkədən olan sənətçilərin ifasında müxtəlif janrlara aid musiqilərdən ibarət geniş proqramdan zövq alacaqlar.
“Shahin Novrasli” festivalında, həmçinin festival yarmarkası, gündəlik DJ setləri, ədəbi müsabiqə və cem sessiyaları keçiriləcək. Festivalın xüsusi qüruru gənc istedadların “We Are the Future” konsertidir.

