"Unit 42" analitikləri "phantom squatting" sxemi barədə məlumat yayıblar: neyroşəbəkə mövcud olmayan domen uydura bilər, bədxahlar isə sonradan həmin domeni qeydiyyatdan keçirərək məlumatların oğurlanması üçün istifadə edə bilərlər.
Belə bir sayt bank, dövlət xidməti və ya populyar platforma kimi görünə bilər, lakin əslində istifadəçi adlarını (loqinləri), parolları və ödəniş məlumatlarını toplamaq məqsədi daşıyır.
Tədqiqatçılar süni intellekt modelləri tərəfindən generasiya edilmiş 2.1 milyon linki yoxlayıblar. Onlardan 13 mindən çoxunun artıq zərərverici olduğu üzə çıxıb, təxminən 250 min boş (azad) domen isə hələ də dələduzlar tərəfindən ələ keçirilə bilər.
S.ELAY
XQ

