Operativ yaddaşın qiyməti smartfonun maya dəyərinin yarısını keçdi

post-img

Süni intellekt ətrafındakı ajiotaj yaddaş çiplərinin kəskin bahalaşmasına səbəb olub. İndi yaddaş komponentləri smartfonun maya dəyərinin 50%-dən çoxunu təşkil edir.

Böyük Britaniyanın "Nothing" şirkətinin rəhbəri Karl Peyin bildirdiyinə görə, yaddaş artıq smartfonun ən baha komponentinə çevrilib. "Nothing"in istehsal etdiyi yeni modellərdə yaddaş çiplərinin qiyməti layihələndirmə və buraxılış arasında keçən müddət ərzində iki dəfədən çox artıb. Bu mərhələdən sonra da yaddaş qiymətləri yüksəlməkdə davam edib.

Peyin fikrincə, bu vəziyyət bazarın həddən ticarət yüklənməsi ilə bağlıdır. Hazırda data mərkəzləri (data-center) bu çipləri kütləvi şəkildə satın alır. Bu isə komponentlərin zamanla ucuzlaşdığı əvvəlki bazar modelini alt-üst edib. İndi qiymətlər davamlı olaraq artır.

Smartfon istehsalçıları artıq sabit qiymətlə "gələcək üçün tədarük" edə bilmirlər. İndi çip istehsalçıları malları şirkətlər arasında mövcud bazar qiymətlərinə uyğun olaraq özləri bölüşdürürlər. Bu tendensiya artıq smartfonların bahalaşmasına gətirib çıxarıb. "Nothing" rəhbəri bu meylin gələcəkdə də davam edə biləcəyini düşünür.

Onun qənaətinə görə, əgər kimsə smartfon almaq istəyirsə, bu alışı təxirə salmağa dəyməz. Pey əlavə edib ki, qiymət artımı kompüter bazarına da ciddi təsir göstərib.

S.ELAY

XQ

İKT