Azərbaycan və Bosniya-Herseqovina ombudsmanları əməkdaşlıq haqqında sənəd imzalayıblar

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə Bosniya və Herseqovina ombudsmanları Nives Cukiç (Nives Jukić), Nevenko Vranjes (Nevenko Vranješ) və Jasminka Cumhur (Jasminka Džumhur) arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

XQ xəbər verir ki, memorandumun imzalanmasında əsas məqsəd qurumlar arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində təcrübə və informasiya mübadiləsinin aparılması, institusional əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsidir.

Ombudsman Səbinə Əliyeva imzalanmış Anlaşma Memorandumunun hər iki ölkənin ombudsman təsisatları arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə şərait yaradacağını qeyd edib.

Siyasət