Əli Əhmədov: Təhsil, elm və səhiyyə sahələrində Azərbaycan-Rusiya əməkdaşlığı məzmunu və dinamik inkişafı ilə fərqlənir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Təhsil, elm və səhiyyə sahələrində Azərbaycan-Rusiya əməkdaşlığı məzmunluğu və dinamik inkişafı ilə fərqlənir.

XQ xəbər verir ki, bu barədə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclasında bildirib.

O qeyd edib ki, hazırkı görüş tibb kadrlarının hazırlanması, səhiyyə, elm və təhsil sahələrində əməkdaşlığa yönəlib.

Ə. Əhmədov vurğulayıb: “Əməkdaşlığımıza birgə təhsil proqramlarının həyata keçirilməsi, iki ölkənin ali təhsil müəssisələri arasında tərəfdaşlığın inkişafı, ikili diplom proqramları və tələbələr üçün akademik mobilliyin genişləndirilməsi daxildir. Bu sahələr xalqlarımız arasında humanitar əlaqələrin möhkəmləndirilməsi üçün çox vacibdir”.

Onun sözlərinə görə, bu sahələrdə əməkdaşlığın ardıcıl inkişafı Azərbaycan və Rusiyanın ortaq maraqlarına uyğundur.

“Elm-təhsil mübadilələrinin və səhiyyə sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi peşəkar birliklər arasında etimadı möhkəmləndirir, tərəfdaşlıq münasibətlərinin gələcəkdə də inkişafı üçün möhkəm zəmin yaradır”, -deyə Milli Məclis sədrinin birinci müavini əlavə edib.

Siyasət