UNEC dünyanın ən yaxşı 634-cü universitetidir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi tərəfindən “QS dünya universitetləri reytinqi”nin nəticələri açıqlanıb.

XQ xəbər verir ki, UNEC reytinqdə ötən illə müqayisədə 193 pillə irəliləyərək 634-cü yerə yüksəlib. Bu nəticə ilə UNEC QS reytinqində yer alan universitetlərin təxminən 57,9 faizini geridə qoyub.

UNEC-in ən güclü göstəricilərindən biri əmək bazarı ilə əlaqəli indikatorlar olub. Universitet İşəgötürənlərin Reputasiyası (Employer Reputation) göstəricisi üzrə 126 pillə yüksələrək 253-cü yerdə qərarlaşıb ki, bu da ölkə üzrə ən yüksək nəticədir.

Beynəlxalq Tədqiqat Şəbəkələri (International Research Network – IRN) indikatoru üzrə UNEC dünyanın 801+ universiteti arasında yer alaraq Azərbaycan universitetləri arasında birinci olub.

UNEC Dayanıqlılıq (Sustainability) göstəricisi üzrə də ölkədə liderliyini qoruyub.

QS reytinqində UNEC bir sıra digər indikatorlar üzrə də mövqeyini yaxşılaşdırıb. Belə ki, Məzunların Məşğulluq Nəticələri (Employment Outcomes) indikatoru üzrə UNEC 21 pillə irəliləyərək dünyada 308-ci yerə, Beynəlxalq müəllim heyəti (International Faculty) göstəricisində isə 171 pillə irəliləyərək 392-ci yerə yüksəlib.

Təhsil