Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ-ln müdafiə naziri Pit Heqset bildirib ki, ABŞ müdafiə xərclərini həm açıq, həm də gizli şəkildə artırmaq zərurəti barədə NATO müttəfiqlərinə məlumat verəcək.
Xəbəri TASS yayıb.
“Haaqada keçirilən sammitdə bir çox müdafiə öhdəlikləri qəbul edildi. Bir çox ölkə bu öhdəlikləri yerinə yetirir, digərləri isə daha çox iş görməlidir. Bu barədə həm açıq, həm də gizli müzakirələrimizdə açıq olacağıq”, - deyə o, Brüsseldə jurnalistlərə bildirib.
Nazir vurğulayıb ki, ABŞ-ın “dostlarına qarşı dürüst olması” və müdafiə xərclərinin artırılmasının vacibliyini vurğulaması vacibdir.
Pentaqon rəhbəri bildirib ki, NATO bir daha “sərt mövqe tutan əsl hərbi ittifaqa” çevrilməlidir: “Biz sərt mövqe tutan və qitədə real hərbi çəkindirmə imkanlarına malik əsl hərbi ittifaqa qayıtmalıyıq”.
P.ƏMİRCANOV
XQ

