Rusiyada çoxuşaqlı ailələr üçün faizsiz ipoteka təklifi irəli sürülüb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Rusiyada beş və ya daha çox uşağı olan ailələrin konkret şəhərlərə heç bir məhdudiyyət qoyulmadan mövcud bazarda dörd və beş otaqlı mənzillər alması üçün faizsiz ipoteka tətbiq edilməlidir. 

Rusiya Federasiyası İctimai Palatası katibinin müavini Vladislav Qrib bu təşəbbüsü RİA “Novosti” agentliyi ilə söhbətində irəli sürüb.

“Mən bütün mövcud bazar da daxil olmaqla, beş və ya daha çox uşağı böyüdən ailələr üçün dörd və beş otaqlı mənzillərə konkret şəhərlərə heç bir məhdudiyyət qoyulmadan faizsiz ipoteka təklif edirəm”, - deyə o bildirib.

Agentlik qeyd edib ki, eyni ərazidə təkrar bazarda mənzillərin qiyməti çox vaxt yeni binalardan 30-40 faiz aşağıdır və bu da ailələrə daha geniş mənzilləri əlverişli şərtlərlə almağa imkan verir.

M.MİRZƏ
XQ

Dünya