Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlığı iki ölkə arasında müttəfiqlik və dostluq münasibətlərinin mühüm tərkib hissəsidir.
XQ xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisi arasında parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclasında bildirib.
O qeyd edib ki, Komissiya ən fəal parlamentlərarası platformalardan biri olaraq qalır.
“Komissiyanın son iclası üçün yenidən Bakıda olmaqdan məmnunuq və əminliklə deyə bilərik ki, ölkələrimiz arasındakı dostluq, əməkdaşlıq və müttəfiqlik münasibətləri parlamentlər səviyyəsində də əks olunur”, - deyə Yatskin vurğulayıb.
Onun sözlərinə görə, Komissiyanın işinin əhəmiyyəti onun müntəzəmliyi ilə təsdiqlənir.
“Biz ildə iki dəfə - biri Azərbaycanda, biri isə Rusiyada olmaqla, Komissiyanın iclaslarını keçiririk. Bu müntəzəmlik dialoqumuzun aktuallığını və onun daha da inkişaf etdirilməsində qarşılıqlı marağımızı nümayiş etdirir”, - deyə o bildirib.

