Fidan: Rusiyanın Ukrayna ilə bağlı mövqeyi dəyişməyib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyənin xarici işlər naziri Hakan Fidan 16-17 iyun tarixlərində Rusiyaya səfərindən sonra bildirib ki, Rusiyanın Ukraynadakı münaqişə ilə bağlı mövqeyi dəyişməyib. 

Məlumatı “Kommersant” verib. 

Fidan çərşənbə günü Kazanda RF Prezidenti Vladimir Putinlə danışıqlar aparıb.

Nazir bildirib: “Rusiyadakı təmaslarım zamanı Rusiya hakimiyyətinin Ukrayna məsələsində mövqeyinin dəyişmədiyini gördüm”.

Türkiyəli nazir əlavə edib ki, Ankara ilə Moskva arasında münasibətlərdə birgə işə heç bir maneə yoxdur və tərəflər bütün mümkün sahələrdə əməkdaşlıq etməyə çalışırlar.

P.ƏMİRCANOV
XQ

Dünya