Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Avropa İttifaqının (AB) Nəsillərarası Ədalət, Gənclər, Mədəniyyət və İdman üzrə Komissarı Glenn Micallef həddindən artıq ekran vaxtı və sosial media istifadəsinin getdikcə artan narahatlıq səbəbinə çevrildiyini bildirib.
Micallef Fransanın Strasburq şəhərində keçirilən Avropa Parlamentinin (AP) plenar iclasında “Uşaqların təhlükəsizliyini və ruhi sağlamlığını sosial medianın yaratdığı risklərdən qorumaq” mövzusunda çıxış edib.
Həddindən artıq ekran vaxtı və sosial media istifadəsinin getdikcə artan narahatlıq səbəbinə çevrildiyini vurğulayan Micallef “Bunlar Avropada üzləşdiyimiz gənclər arasında ruhi sağlamlıq böhranının əsas səbəblərindən biridir” deyib.
Yalnız yetkinlər üçün nəzərdə tutulmuş məzmunlu platformaların uşaqların yaşlarına uyğun olmayan məzmuna daxil olmasına icazə verdikləri təqdirdə məsuliyyət daşımalı olduqlarını vurğulayan Mikallef cinsi məzmunlu dörd veb saytla bağlı ilkin tapıntılara işarə edib. Mikalef bildirib: “Əlbəttə ki, bu platformaların indi özlərini müdafiə etmək imkanı və hüququ var, lakin Komissiyanın fikirləri sonda təsdiqlənərsə, biz (AB qaydalarına) uyğunsuzluq barədə qərar verə bilərik”.
Mikallef 2026-cı ilin son rübündə elan edilməsi planlaşdırılan Rəqəmsal Açıqlıq Qanununun uşaqların onlayn müdafiəsini gücləndirəcəyini söyləyib.
M.MİRZƏ
XQ

