Təbii qazın təchizatına gəldikdə, Azərbaycan bu gün boru kəməri qazının təchizatının coğrafiyası baxımından birinci yerdədir.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib.
“Biz 16 ölkəyə təbii qaz təchiz edirik, bu say ilbəil artır və artmaqda da davam edəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

